Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatına yekun vurulub. Siasport.az saytı xəbər verir ki, komandamız ümumi nəticələrə əsasən qitə birincisi adını qazanıb.
Belə ki, sərbəst, qadın və yunan-roma güləşçilərimiz ümumilikdə 135 xalla komandamızı birinci pilləyə çıxarıb. Bu isə, pəhləvanlarımızın qazandığı 14 medal - 6 qızıl və 8 bürünc sayəsində mümkün olub. Maraqlıdır ki, komandamız birinci olmasına rəğmən, heç bir idmançımız gümüş medal qazanmayıb. Bu da daha çox finala çıxan hər bir idmançımızın bu şansı maksimum dəyərləndirməsindən irəli gəlir.
Komandamıza ümumilikdə ən yaxın nəticəni isə sadəcə
Rusiya əldə edib. Şimal
qonşularımız 134 xalı 13 medalla (6-2-5)
toplayaraq çempionatı ikinci yerdə tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB