\"Bilirsiniz ki, bizim \"Qarabağ\"la oyunumuz Azərbaycan çempionatları tarixinin ən maraqlı duellərindən sayılır. Növbəti oyunumuz da əsl derbi ab-havasında keçdi\". Siasport.az saytı xəbər verir ki, bu zözləri \"Neftçi\" PFK-nın baş məşqçisi Arif Əsədov \"Qarabağ\"la oyundan sonra səsləndirib. O, rəqibin ardıcıl 9 oyunda qələbə qazanmasının komandanın gücündən xəbər verdiyini vurğulayıb: \"Biz də analiz apardıq və düzgün taktika seçərək, qələbə qazandıq. Oyunçularım mənim istədiyimi ortaya qoydular. Biz daha yaxşı oynadıq və çempionluq yolunda ən mühüm qələbələrdən birini qazandıq. Komandamı təbrik edirəm və rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB