Kamran Ağayev "Sumqayıt"la müqavilə imzalayıb

Kamran Ağayev "Sumqayıt"la müqavilə imzalayıb

Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin Premyer Liqanın yeni mövsümündə hansı komandada çıxış edəcəyinə rəsmən aydınlıq gəlib. Belə ki, futbol millimizin qolkiperi "Sumqayıt"la müqavilə imzalayıb. Müqavilənin müddəti mövsümün sonuna kimidir. Amma hansısa xarici klubdan dəvət gələcəyi halda, sumqayıtlılar Ağayevi problemsiz buraxmalıdırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə