"Neftçi" daha bir futbolçunun transferini reallaşdırıb. Belə ki, ağ-qaralar İspaniyanın "Qranada" klubunun hücumçusu Denilson Pereyra ilə müqavilə imzalayıb. Azerisport.az xəbər verir ki, 21 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında paytaxt klubunun heyətində çıxış edəcək. 2015/2016 mövsümündə İspaniyanın "Qranada" klubunun ikinci komandasında 38 oyuna 10 qol vurmuş Denilson Pereyra Braziliyanın "Fluminense" klubunun yetirməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB