Pol Poqba yeni klubu "Mançester Yunayted"də ilk açıqlamasını verib. İngilis klubunun televiziyasına danışan 23 yaşlı yarımmüdafiəçi Joze Mourinyo ilə çalışacağı üçün həyəcanlandığını deyib: "Mourinyo "Real"da işləyən zaman Morata və Varanla danışmışdım. Onlar mənə Mourinyonun bəyənəcəyim məşqçi olduğunu, onun sayəsində daha da irəliləyəcəyimi söyləmişdilər. Onunla danışmaqdan müsbət enerji alıram. Mourinyo sayəsində daha yaxşı futbolçu və insan olacağıma əminəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB