Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Azərbaycan Premyer Liqasının birinci turunun oyunlarında baş verənlərin müzakirə olduğu iclasda mövsümün ilk cəzaları açıqlanıb.
AZAL–"Neftçi" matçının 36-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan qonaq komandanın futbolçusu Jayro Rodriges bir oyun cəzalanıb. O, klubunu 200 manat ziyana salıb. Bu qarşılaşmada birbaşa qırmızı vərəqə alan Ruslan Nəsirli də cəzalanıb. AZAL-ı 1600 manat cəriməyə məruz qoyan futbolçu iki turluq cəzalanıb.
"Qarabağ"la qarşılaşmada beş futbolçusu sarı vərəqə alan "İnter" isə 800 manat xərcə düşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB