İstanbulun Beşiktaş\" futbol klubunun sahibi Yıldırım Dəmirörən Avropa və Türkiyə mediyasının gündəmindən düşmür. Siasport.az saytı xəbər verir ki, ən müxtəlif macəralarla son günlər gündəmi zəbt edən İstanbul nəhənginin prezidenti, indi də dünyanın ən bahalı futbolçusu olaraq tarixə keçən \"Real Madrid\" futbol klubunun forvardı portuqaliyalı Kriştiyano Ronaldo ilə biznes əlaqələri yaradır. Belə ki, İspaniyada olarkən \"Real\"ın ulduzu ilə danışıqlar aparan Y.Dəmirörən jurnalistlərə bildirib ki, onlar birlikdə İspaniyada villa inşaatı və qolf meydanlarının tikilməsi ilə bağlı müştərək layihə həyata keçirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB