Rövnəq Abdullayev: \"Foqtsu qovaq, bəs yerinə kimi qoyaq?\"-VİDEO

Rövnəq Abdullayev: \"Foqtsu qovaq, bəs yerinə kimi qoyaq?\"-VİDEO
AFFA prezidenti Rövnəq Abdullayev millət vəkili Sabir Rüstəmxanlının səsləndirdiyi fikirlərə münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, asossiasiya rəhbəri millinin üzvlərini \"qoyun sürüsü\" adlandıran millət vəkili ilə bağlı sərt açıqlamalar verib: \"Heç kimə ixtiyar verilməyib ki, azərbaycanlı oyunçuları təhqir etsin. Özlərini ziyalı sayan bəzi şəxslər təhqirə yol verərək, onlara \"bir sürü qoyun\" deyib. Bu sözlərdən sonra həmin oyunçuların psixoloji durumu necə ola bilər? Mən həmin şəxsləri ziyalı saymıram. Millini tənqid etmək lazımdı, amma təhqir olmaz\".

R.Abdullayev yığmanın baş məşqçisi Berti Foqtsun istefaya göndərilməsi ilə bağlı tələblərə belə cavab verib: \"Türkiyə üzərində qələbə qazananda Berti Foqtsa qəhrəman deyirdilər, indi onu xalq düşməni elan eləmək olmaz. Deyirik Foqtsu qovaq. Gəlin Foqtsu qovaq, bəs yerinə kimi qoyaq? Kimi istəyirsiz?\"

Yığmanın oyunundan AFFA rəhbərliyinin də narazı olduğunu etiraf edən Abdullayev vəziyyəti düzəltmək üçün işlərin görüldüyünü də bildirib: \"Biz də millinin oyunundan narazıyıq, biz də çalışırıq ki, milliyə yeni və gənc oyunçular cəlb edək. Azərbaycanda futbolun inkişafı üçün ciddi işlər görülür, demək olar bütün yaş qrupları üzrə milli komandalar yaradılıb. İndi millidə 20 yaşlı 7-8 oyunçu var. Amma onların psixoloji hazırlıq məsələləri həll olunmalıdır\".


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com