Olqa Senyuk: "Qələbəyə şans hər zaman var” AÇIQLAMA

Olqa Senyuk: "Qələbəyə şans hər zaman var” AÇIQLAMA

"Oxatma maraqlı idman növüdür. Qələbəyə şans hər zaman var". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında kamandan oxatma üzrə yarışlarda Azərbaycanı təmsil edən Olqa Senyuk deyib.

O, bu növdə qələbə qazanmaq üçün sakitliyi qorumağın vacibliyindən danışıb: "Burada yüksək nəticələr əldə etmək üçün sakitliyi qorumaq və emosiyaları idarə etmək lazımdır. İndi olduğumdan daha hazırlıqlı olmalıyam. Bundan başqa, çox şanslı olmalıyam".

Bütün xəbərlər Facebook səhifəmizdə