\"Milan\" Volkanı \"Fənərbaxça\"dan aparır...

\"Milan\" Volkanı \"Fənərbaxça\"dan aparır...

Futbol üzə Türkiyə milli komandasının və İstanbulun \"Fənərbaxça\" futbol klubunun qapıçısı Volkan Dəmirəl, Avsriya milli komandası ilə keçirilən qarşılaşmadakı gözəl oyunu ilə Avropanın nəhəng klublarının diqqətinə düşüb. Siasport.az saytı xəbər verir ki, həmin qarşılaşmada göstərdiyi mükəmməl oyunla hər kəsi məmnun edən V.Dəmirəl, artıq İtaliyanın \"Milan\" futbol klubunun transfer hədəfindədir. Silvio Berluskonin komandası, artıq İstanbul klubuna rəsmi təklif də göndərib. Belə görünür ki, İtaliyanın və Avropanın ən güclü klublarından olan bu komanda V.Dəmirəli transfer etməkdə israrlıdır. Düzdür, 2013-cü ilə qədər \"Fənərbaxça\" ilə müqaviləsi olan qapıçının transferinə İstanbul klubunun prezidenti Əziz Yıldırım razılıq vermək istəmir. O, bu mövqeyini \"Fənərbaxça\"nın da böyük hədəflərinin olması ilə əlaqələndirir. Amma mövsümün sonunda V.Dəmirəlin \"Milan\"a transfer olunacağı artıq reallaşmağa başlayıb. Türkiyə mətbuatı iddia edir ki,S.Beruskoninin təkidi mövsümün sonunda Ə.Yıldırımın da müqavimətini \"sındıracaq\". Təbii ki həm də çoxlu pullar hesabına...

Bütün xəbərlər Facebook səhifəmizdə