Petro Paxnyuk: “Qələbəyə köklənmək uğurun əsas formullarından biridir” AÇIQLAMA

Petro Paxnyuk: “Qələbəyə köklənmək uğurun əsas formullarından biridir” AÇIQLAMA

"Mən ilk dəfədir bu yarışlarda çıxış edirəm. Olimpiya oyunları mənim üçün böyük məsuliyyətdir". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında çıxış edən Azərbaycanın idman gimnastı Petro Paxnyuk deyib.

O, həm fiziki, həm də psixoloji cəhətdən hazırlıqlı olmağın vacibliyini qeyd edib: "İdman gimnastikasına gec başlamışam - 10 yaşımdan. Əgər yaxşı hazırlıqlı olsan, amma psixoloji baxımdan hazır olmasan, pis nəticə göstərəcəksən. Ona görə də qələbəyə köklənmək uğurun əsas formullarından biridir".

Bütün xəbərlər Facebook səhifəmizdə