AÇ-2011: Yunan-Roma güləşçiləri mübarizəyə başlayır

AÇ-2011: Yunan-Roma güləşçiləri mübarizəyə başlayır

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, sərbəst və qadın güləşçilərimizdən sonra yarış proqramının beşinci günündə bu dəfə yunan-roma güləşçilərimiz mübarizəyə başlayır ki, Azərbaycanın daha 4 idmançısı meydana çıxmaq imkanı qazanıb.

Eldəniz Əzizli (55 kq) startda almaniyalı Lukas Helqmeyerlə münasibətlərinə aydınlıq gətirəcək.

Vitali Rəhimov (66 kq) birinci mərhələdə Slovakiya təmsilçisi Riçard Riqo ilə qarşılaşacaq.

Saman Təhmasibi də startda Eldəniz Əzizli kimi (84 kq) meydan sahibi olan idmançıyla – Yan Fişerlə görüşəcək.

Ağır çəkililərin mübarizəsində isə Maksim Proxorov (120 kq) medal qazanmaq yolunda ilk sınağını çexiyalı Marek Sveş qarşısında verəcək.

İlkin görüşlər Bakı vaxtı ilə saat 17.00-da, final qarşılaşmaları isə 22.00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə