Raqif Abbasov: “İlk medalın mübarək, Azərbaycan" AÇIQLAMA

Raqif Abbasov: “İlk medalın mübarək, Azərbaycan" AÇIQLAMA

"Rüstəm Orucov Azərbaycana olimpiya tariximizdə cüdo üzrə ilk dəfə gümüş medal qazandırdı. "Rio-2016"dakı ilk medalın mübarək, Azərbaycan. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.

O, digər idmançılarımızın da uğurlu çıxış edəcəklərinə inandığını qeyd dib: "Bundan öncə cüdoçularımız olimpiya oyunlarında qızıl və bürünc medallar qazanmışdılar. Olimpiya tariximizdə cüdo üzrə gümüş medalı isə ilk dəfə Rüstəm Orucov qazandı. Digər idmançılarımızın da yüksək nəticələr əldə edəcəklərinə inanıram. Ümumilikdə, bu günədək 18 idmançımız çıxış edib. Onlardan 8-i mübarizəni dayandırıb, digələri isə növbəti mərhələlərə vəsiqə qazanıblar. Bu gün daha 6 idmançımız yarışacaq. Atletlərimiz kamandan oxatma, boks və akademik avarçəkmə yarışlarında çıxış edəcəklər. Onlardan da yüksək nəticələr gözləyirik. Azərbaycan idmançılarının əhval-ruhiyyəsi çox yüksəkdir. Onlar qələbə qazanmaq əzmindədirlər".

Baş İdarə rəisi Rio-de-Janeyrodakı olimpiya kəndində 2017-ci ildə Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunlarının təqdimatının yüksək səviyyədə keçirildiyini, sözügedən şəhərdəki toplantıda 2018-ci ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi hüququnun Azərbaycana verildiyini vurğulayıb: "Bunlar hamısı Azərbaycanda idman siyasətinin uğurla aparıldığından, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyindən xəbər verir".

R.Abbasov Azərbaycanda "Rio-2016"da yarışan idmançılarımıza böyük dəstək verildiyini bildirib: "İdmançılarımızı olimpiadaya yola salma mərasiminə çox sayda azarkeşlər gəlmişdilər. Onlar atletlərimizi yüksək səviyyədə yola saldılar. Azərbaycan mətbuatı da böyük ruh yüksəkliyi ilə idmançılarımıza dəstək nümayiş etdirir. Şəhərdə manitorlarda atletlərimizə dəstək şüarları yer alır.

Boksçumuz, 2012-ci il London Olimpiadasının bürünc və I Avropa Oyunlarının qızıl medalçısı Teymur Məmmədovun döyüşü zamanı həmin gün çıxışı olmayan Azərbaycan idmançılarının zala gələrək ona dəstək olması ölkəmizin həmrəyliyini bir daha nümayiş etdirir. Uzaq Amerika qitəsində Azərbaycan bayrağının dalğalanması, idmançılarımıza dəstək şüarlarının eşidilməsi ölkəmizin möhkən, idmanı sevən və bayrağı üçün çalışan azarkeş kütləsinin olduğunun əyani sübutudur".

Bütün xəbərlər Facebook səhifəmizdə