Berti Foqtsun “foks”u

Bakıdakı Türkiyə qalibiyyətindən sonra hər kəsin inamı artmışdı. Çünki həmin görüşdəki əzmkar oyun və əldə edilmiş qələbədən sonra "bizdə də artıq futbol yüksəlir" fikrləri səsələnməyə başlamışdı. Ta ki, Belçika matçına kimi.

Gələk oyuna. Berti Foqts hər oyun heyəti dəyişdirməklə görəsən, nə etməyi planlaşdırır? Düzünü desəm, oyunda ilk 11-liyi görəndə təəccübləndim.

Altı aydır futbol oynamayan Mahir Şükürovu müdafiənin sağında, "Neftçi"də öz yerində belə güc bəla ilə 90 dəqiqəni tamamlayan Rail Məlikovu müdafiənin solunda gördüyüm zaman artıq hər şey məlum məsələ idi.

Mən Foqtsa inanmıram. O adam yalançıdır. Bizləri aldadır.

Maraqlı bir nüansı diqqətə çatdırmaq istərdim. A qrupunda ilk iki oyunu səfərdə keçirdik-Almaniya və Avstriyada. İkisində də Foqtsun yenə də yalnış heyət seçimləri səbəbi ilə məğlub olduq. Nəhayət, Bakıda ilk ev oyununa çıxdıq. Qardaş Türkiyə millisini qəbul etdik. Çox maraqlıdır. O oyunda hər kəs öz mövqeyində çıxış edirdi. Möhtəşəm oyun və gözəl qələbə - 1:0.

Burdan belə bir nəticə çıxartmaq olar. Bəlkə, Berti Foqtsun özü Türkiyənin qrupdan çıxmasını istəmir. Qardaşı Avstriya və Belçikaya bu şansı vermək istəyir. Çünki Belçika matçında yenə də əvvəlki heyətə qayıtması buna əyani misaldır.

Belçikadan milli komanda qayıtdığı zaman bəzi KİV nümayəndələri də onlarla eyni təyyarədə "yolculuq" edirdi. Təyyarədə bəzi futbolçuların deyib-gülmələri məni çox təəssüfləndirdi. Yəni aydın məsələdir. Onlara da artıq uduzmaq adi hal kimi gəlir. Berti Foqts isə buna heç bir rəy bildirmir. "Təşəkkürlər Foqts, sən "dahisən"....".

Bütün xəbərlər Facebook səhifəmizdə