Baş mükafatı kim qazanacaq?
Bu gün qadın voleybolçulardan ibarət komandalar arasında keçirilən "Çelenc Cup" turnirinin final oyunu baş tutacaq. Siasport.az saytı xəbər verir ki, final mərhələsində iki Azərbaycan klubu həlledici matça çıxacaq. Belə ki, "Azərreyl" və "Lokomotiv" turnirin baş mükafatının sahibini müəyyənləşdirəcəklər. Oyun "Sərhədçi" Olimpiya Mərkəzində baş tutacaq. matçın start fiti saat 16:00-da veriləcək. Qarşılaşmanı ukraynalı Mixaylo Melnik və türkiyəli Bayram Dikməntəpə idarə edəcək.

Qeyd edək ki, bu komandalar arasında keçirilmiş ilk görüşdə "Azərreyl" klubu 3:1 hesabı ilə qələbə qazanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə