Elnur Allahverdiyev, Julius Vobay və Aleks Pitsurka “Xəzər Lənkəran”ın məşqində iştirak etmədilər

Elnur Allahverdiyev, Julius Vobay və Aleks Pitsurka “Xəzər Lənkəran”ın məşqində iştirak etmədilər

"Bakı" ilə oyuna hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" dünən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda məşqə çıxıb. Siasport.az saytı xəbər verir ki, Elnur Allahverdiyev, Julius Vobay və Aleks Pitsurka istisna olmaqla heyətin bütün digər oyunçuları məşqdə iştirak ediblər. Milli yığmanın düşərgəsindən qayıdan Kamran Ağayev və Rahid Əmirquliyev də məşq edən oyunçuların sıralarında olub.

Xatırladaq ki, "Xəzər Lənkəran" bu gün Azərbaycan Premyer Liqasının XXV turu çərçivəsində saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda "Bakı"nın qonağı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə