Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək. SİA-nın məlumatına görə, həlledici oyunda Çempionlar Liqasının son qalibi "Real" (Madrid) və Avropa Liqasını qazanan "Sevilya" üz-üzə gələcək.
Norveçin Tronheym şəhərində keçiriləcək İspaniya derbisi Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Qeyd edək ki, Kriştiano Ronaldo zədəli olduğu üçün bu oyunda "Real"a kömək edə bilməyəcək.
9 avqust
UEFA Superkuobku
22:45."Real" (Madrid, İspaniya) – "Sevilya"(İspaniya)
Hakimlər: Milorad Maziç, Milovan Ristiç, Dalibor Curceviç (Serbiya)
Tronheym. "Lerkandel" stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB