Rüstəm Orucov: "Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm" AÇIQLAMA
"Rio-2016"da Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Burada medallarımız hələ çox olacaq". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarında gümüş medal qazanan cüdoçumuz Rüstəm Orucov deyib.
O, olimpiadada çıxışı haqda danışıb: "Görüşlərimin hamısı çətin oldu. 1/4 finalda macar deyil, özbək idmançını gözləyirdim. Amma bu, Olimpiadadır. Bu gün kim yaxşı hazırdırsa, o da irəli gedir. Finalda da qələbə əzmində idim, amma yapon rəqibim çox güclü idi. Qarşıda yenə olimpiada var. Gümüşü qızıla çevirmək üçün var gücümlə çalışacağam. Doğma Azərbaycanda hər kəsə, evdəkilərə, anama buradan salam deyirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB