Bazar günü "Şəfa" stadionunda ölkə
çempionatının İ Divizionunda "Neftçi" İSM-lə üz-üzə gələcək "Abşeron" klubu matça hazırlıqlarını davam etdirir. Siasport.az saytı
xəbər verir ki, bu günkü
məşqi ələmətdar edən hadisə isə komandanın üzvü Aleksandr Şemonayevin ad günü ilə
üst-üstə düşməsidir. Bu səbəbdən komanda yoldaşları məşqdən öncə həmkarlarını
ad günü münasibətilə təbrik edib, ona uğurlar arzuladılar. Baş məşqçi Mirbağır
İsayev Saşanın bu mövsüm "Abşeron"un heyətində nümayiş etdirdiyi əzmkar oyunu
xüsusi vurğulayaraq, müdafiəçinin komandadakı rolunu yüksək dəyərləndirdi. Klub
rəhbərliyi öz növbəsində "Abşeron"da yaranan xoş ənənəyə sadiq qalaraq xüsusi hədiyyə təqdim etdi. Aleksandr Şemonayev
digər komanda yoldaşları kimi klubun prezidenti Yaşar Rüstəmov tərəfindən "Tissot" qol saatı ilə mükafatlandırıldı. Hədiyəni
futbolçuya klubun müşaviri Gündüz Yusufov təqdim edərək A.Şemonayevə futbol
karyerasında yeni-yeni zirvələrin fəth etməsini arzuladı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB