Cüdoçumuz Rüstəm Orucov yarımfinalda

Cüdoçumuz Rüstəm Orucov yarımfinalda

Rüstəm Orucov 1/4 final mərhələsində Macarıstan təmsilçisi, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Miklos Unqvarını məğlub edib. Azərbaycan idmançısı yarımfinal mərhələsində Saqi Muki (İsrail) - Nikolas Delpopolo (ABŞ) görüşünün qalibi ilə qarşılaşacaq.

19:18

Cüdoçumuzun dörddəbir finaldakı rəqibi Macarıstan təmsilçisi Miklos Unqvarı olacaq.

Qeyd edək ki, Miklos Unqvarı "London-2012" Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.

19:04

Cüdoçumuz növbəti qələbəsini qazanıb. Tatami üzərinə çıxan Rüstəm Orucov 1/8 final mərhələsində Avstraliya idmançısı Jake Bensted üzərində ipponla qələbə qazanıb.

Təmsilçimiz dörddəbir finalda Miklos Unqvarı (Macarıstan) - Dex Elmont (Hollandiya) görüşünün qalibi ilə qarşılaşacaq.

17:53

Cüdoçumuzun növbəti mərhələdəki rəqibi müəyyənləşib. R.Orucov səkkizdəbir finalda Jake Bensted (Avstraliya) ilə üz-üzə gələcək.

17:42

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə Azərbaycan cüdoçusu Rüstəm Orucov mübarizəyə qoşulub.

Turnirdə 73 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz 1/16 finalda Qazaxıstan təmsilçisi Didar Hamza ilə üz-üzə gəlib. Rəqibini məğlub edən Rüstəm Orucov növbəti mərhələyə yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə