Roberto Karlos: "Türkiyəni çox sevirəm"

Roberto Karlos: "Türkiyəni çox sevirəm"

İstanbulun "Fənərbaxça" klubunun da formasını geyinmiş məşhur braziliyalı futbol ulduzu, hazırda Rusiyanın "Anji" futbol klubunda çıxış edən "Real"ın keçmiş əfsanəsi Roberto Karlos dünən Antalyada peyda olub. Siasport.az saytı xəbər verir ki, öz ailəsi ilə birlikdə elit restoranların birində yemək yeyən R.Karlos, türkiyəli futbol azarkeşləri tərəfindən də böyük sevgi ilə qarşılanıb. Futbol azarkeşlərinin onunla fotoqraf çəkmək istəyinə məmnunluqla razılıq verən brazliyalı əfsanə futbolçu, eyni zamanda bildirib ki, Türkiyəni və türkləri çox sevir. O, "Fənərbaxça"dakı futbol həyatını məmnunluqla xatırlayaraq, hər zaman bir "fənərli" olduğunu da dilə gətirib. R.Karlos restoranın sahibi Faruk Firatla söhbətləşərək, gözəl yeməyə görə minnətdarlıq edib. belə görünür ki, R.Karlosun İstanbul sevgisi ürəyində bərk yer edib.

Bütün xəbərlər Facebook səhifəmizdə