Rusiya və Türkiyə milli komandaları qarşılaşacaqlar

Rusiya və Türkiyə milli komandaları qarşılaşacaqlar

2018-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Rusiya yığması həmin müddətədək yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. SİA-nn məlumatına görə, şimal qonşularımızın iki rəqibi artıq müəyyənləşib. Avqustun 29-da bir araya gələcək Stanislav Çerçesovun yetirmələri ilk qarşılaşmalarını Türkiyə millisinə qarşı keçirəcəklər. Oyun avqustun 31-də Antalyada baş tutacaq. Bundan 6 gün sonra isə ruslar Moskvada Qana millisini qəbul edəcəklər. Hər iki görüşün yeri və saatı hələlik bəlli deyil.

Qeyd edək ki, Fransada keçirilən Avropa çempionatında iştirak edən Rusiya və Türkiyə milliləri qrupdan çıxa bilməmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə