“Bakı”-“Xəzər-Lənkəran” matçı çətin oyun olacaq

“Bakı”-“Xəzər-Lənkəran” matçı çətin oyun olacaq
"Bakı" klubunun baş məşqçisi Aleksandar Starkov Azərbaycan Premyer Liqasının XXV turunun "Bakı"-"Xəzər-Lənkəran" oyunu öncəsi derbi anlamına gələn qarşılaşma və Antalya təlim-məşq toplanışı haqqında fikirlərini bildirib. Siasport.az baş məşqçinin fikirlərini nəzərinizə çatdırır: "Antalyada təlim-məşq toplantısı təşkil etmək yaxşı təklif idi. Çünki çempionatda 2 həftəyə yaxın fasilə yaranırdı. Bu boşluqdan maksimum səmərəli istifadə etmək qərarına gəldik.

Bildiyiniz kimi, Antalyada Türkiyə Super Liqasının iki komandası ilə yoldaşlıq oyunu keçirdik. Bu oyunlarda çempionatda az oyun keçirən və eləcə də gənc futbolçular Nurlan Novruzov, Nicat Abdullayev, Rəhman Hacıyev, Aqil Məmmədova oynamaq imkanı verdik.

Onlar səviyyəli komandalara qarşı keçirilən oyunlarda təcrübə qazandılar. Güclü rəqiblərlə oynamaq komandamızın oyununa müsbət təsir göstərir. Zənnimcə, təlim-məşq toplantımız faydalı oldu.

Premyer Liqa oyununa gəldikdə isə "Xəzər-Lənkəran" çempionatın liderlərindəndir və bizə qarşı oyuna yüksək motivasiya ilə çıxacaq. "Bakı"-"Xəzər-Lənkəran" matçı çətin oyun olacaq. Biz öz tərəfimizdən ciddi hazırlaşırıq.

Bizə problem yaradacaq bir amil var ki, 4 futbolçumuz milli komandalarının düşərgəsindən yenicə qayıdıb. Onların meydana çıxıb-çıxmayacaqları hazırlıq səviyyələrindən asılı olacaq.

Biz hər oyuna eyni məsuliyyətlə yanaşırıq. "Xəzər Lənkəran"la qarşılaşmada da "Bakı" azarkeşləri, klub rəhbərliyini sevindirmək üçün yaxşı oyun göstərməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com