Cüdo üzrə böyüklər arasında 2018-ci il dünya çempionatı ilk dəfə Bakıda keçiriləcək. SİA-nın məlumatına görə, bu haqda qərar Beynəlxalq Cüdo Federasiyası (İJF) İcraiyyə Komitəsinin Braziliyanın Rio-de-Janeyro şəhərindəki iclasında qəbul olunub. İJF prezidenti Marius Vizer bildirib ki, Azərbaycan paytaxtı beynəlxalq tədbirlərin təşkili sarıdan gözəl ənənəyə malikdir: "2015-ci ildə ilk Avropa Oyunları Bakıda müvəffəqiyyətlə həyata keçirilib. Eyni zamanda cüdo üzrə "Böyük dəbilqə" turniri bir neçə ildir böyük uğurla təşkil olunur".
Qeyd edək ki, iclasda 2019-cu il dünya çempionatının təşkilatçısı da müəyyənləşib. Bu, cüdonun vətəni, 2020-ci il Yay Olimpiya Oyunlarını keçirəcək Yaponiyanın paytaxtı Tokiodur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB