"Neftçi" klubunun 4 üzvü Florensiyaya yollanır

"Neftçi" klubunun 4 üzvü Florensiyaya yollanır

Xəbər verdiyimiz kimi, 16 yaşadək futbolçulardan ibarət millimiz aprelin 11-dən 21-dək İtaliyanın Verona şəhərində təlim-məşq toplanışında olacaq. Siasport.az saytı xəbər verir ki, Nikolay Adamın rəhbərlik etdiyi U-16 yığmamız ardınca aprelin 22-dən 26-dək İtaliyanın digər şəhəri olan Florensiyada təşkil olunan turnirdə mübarizə aparacaq. U-16 yığmamızın yarışa yollanacaq heyətində "Neftçi"nin 4 üzvü yer alır-Pərviz Qaraxanov, Fəhmin Muradbəyli, Etibar Süleymanov, Ravil Məhəmmədov.

Bütün xəbərlər Facebook səhifəmizdə