İqor Mitreski: \"Mirsad Yonuts mənim İrlandiya ilə seçmə mərhələnin oyununda meydana çıxmağımı istəyirdi\"

İqor Mitreski: \"Mirsad Yonuts mənim İrlandiya ilə seçmə mərhələnin oyununda meydana çıxmağımı istəyirdi\"

\"Makedoniya yığmasının İrlandiya ilə görüşündə iştirak edə bilmədim. Buna səbəb zədəli olmağım idi\". Siasport.az saytı xəbər verir ki, bu sözləri \"Netçi\"nin makedoniyalı futbolçusu İqor Mitreski deyib. O, \"Xəzər Lənkəran\"la son çempionat oyununda belindən zədələndiyini, oyundan sonra ağrılarının daha da artmağa başladığını qeyd edib. \"Makedoniya yığmasının baş məqşçisi Mirsad Yonuts mənim İrlandiya ilə seçmə mərhələnin oyununda meydana çıxmağımı istəyirdi. Yığmanın həkimlərinin müayinəsindən sonra oynaya bilməyəcəyim məlum oldu. Yığmamızın düşərgəsində olduğum müddətdə zədəmi müalicə etdirdim. Hazırda komandamın hazırlıqlarında iştirak edirəm\",- deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə