"Rio-2016" Yay Olimpiya Oyunlarında idmançılar, nümayəndə heyətləri və turistlər şəhərdə xoşagəlməz hadisələrlə qarşılaşırlar. SİA-nın məlumatına görə, gündüz vaxtı yolla irəliləyərkən quldurlar insanların əllərindən əşyalarını alaraq qaçırlar. Bəzi hallarda turistlər hədələnərək qarət olunurlar. Atletlər kəndində isə artıq iki komandanın şəxsi əşyaları, mobil telefonları və digər avadanlıqları oğurlanıb. Braziliya polisi gücləndirilmiş iş rejimində fəaliyyət göstərsə də, belə halların qarşısını ala bilmir. Hüquq-mühafizə orqanları turistləri şəhərdə tək gəzməməyə, ayıq-sayıq olmağa çağırıb.
Daha bir xoşagəlməz hadisə isə argentinalı tennisçi Xuan Martin Del Potrovun başına gəlib. O, atletlər kəndindəki binanın liftində olarkən elektrik enerjisi kəsilib.Tennisçi 40 dəqiqə liftdə qalıb. Hadisədən xəbər tutandan sonra onu lifdən çıxardıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB