Şenol Günəş: “Yeni futbolçu transfer etmək lazımdır” AÇIQLAMA

Şenol Günəş: “Yeni futbolçu transfer etmək lazımdır” AÇIQLAMA

"Vodafone Arena"da keçirilən yoldaşlıq görüşündə "Olimpiakos"a 1:0 hesabı ilə qalib gəldikdən sonra "Beşiktaş"ın baş məşqçisi Şenol Günəş mediaya açıqlama verib. SİA-nın məlumatına görə, mütəxəssis Çempionlar Liqasında komandanın heyətində oyunçu çatışmazlığı ola biləcəyini qeyd edib: "Əlbəttə, rəqibə görə daha yaxşıyıq. Ancaq yeni futbolçu transfer etmək lazımdır. Çempion komanda kimi daha yaxşı olmaq məcburiyyətindəyik. Çempionlar Liqasında mübarizə aparmaq üçün heyətdə əksikliyimiz var".

Bütün xəbərlər Facebook səhifəmizdə