U-17 məğlub olub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanın Şımkent şəhərində təşkil olunmuş "Prezident kuboku" turnirində bu gün ilk oyununu keçirib. SİA-nın məlumatına görə, İranın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşan yığmamız 0:3 hesabı ilə məğlub olub.

Futbolçularımız turnirdə növbəti oyununa avqustun 9-da çıxacaq. Tacikistan yığmasına qarşı keçiriləcək oyun Bakı vaxtı ilə saat 08:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə