İstanbulun \"Beşiktaş\" futbol klubunun kapitanı Quti Fernantez, \"Qara qartal\"ın \"Sivasspor\"la keçiriləcək qarşıdakı çempionat oyununda meydana çıxa bilməyəcək. Siasport.az saytı xəbər verir ki, ispaniyalı futbol ulduzu əvvəlki zədəsinin yenidən ağrıması nəticəsində bu oyunda forma geyinə bilməyəcək. Baş məşqçi Tayfur Havutçu da kapitanın bu qarşılaşmada meydana çıxmasında maraqlı deyil. Çünki \"Qazientepspor\"la keçiriləcək Kubok qarşılaşmasını düşünən T.Havutçu, klubun həkimlərindən qarşılaşmaya qədər ispaniyalı futbol ulduzunun sağaldılmasını tələb edib. Baş məşqçi, \"Sivasspor\"la qarşılaşmada Qutinin mövqeyində Nihat Kahvəçini oynatmağı düşünür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB