Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarının üçüncü günündə idmançılar 14 dəst medal uğrunda yarışacaqlar. SİA-nın məlumatına görə, kişilər arasında 8, qadınların mübarizəsində isə 6 dəst medal sahibini tapacaq.
Kişilərin mübarizəsində 10 metr məsafəyə tüfəngdən atəşaçma, suyatullanma (10 metr hündürlükdən sinxron tullanma), trap növü üzrə atıcılıq, idman gimnastikası (komanda çoxnövçülüyü), cüdo (73 kq), ağır atletika (62 kq), 200 metr məsafəyə sərbəst və 100 metr məsafəyə arxasıüstə üzgüçülük yarışlarında qaliblər müəyyənləşəcək.
Qadınlar arasında isə reqbi-7, cüdo (57 kq), ağır atletika (58 kq), qılıncoynatma (sablya), 100 metr məsafəyə brass və arxasıüstə üzgüçülük yarışlarında medallar sahibini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB