İstanbulun \"Qalatasaray\" futbol klubu \"Antalyaspor\"la keçirəcəyi qarşılaşmaya hazırlıqlarını gücləndirib. Siasport.az saytı xəbər verir ki, bu qarşılaşmaya yeni baş məşqçi Bülənt Ündərin rəhbərliyi ilə çıxacaq İstanbul klubunda oyun taktikası dəyişdirilib. Belə ki, \"cim-bom\" rəqibi qarşısında 4-4-2 sistemi ilə çıxmağı planlaşdırır. Yeni baş məşqçi gələn gündən bəri ümidləri doğrultmayan və qapısından yerli-yersiz qollar buraxmaqla hər kəsi məyus edən Zapatanı ehtiyat oyunçular skamyasına göndərərək, onun yerinə \"Qalatasaray\"ın gənc qapıçısı Üfükə yer verəcək. Bundan başqa, B.Ündərin istəyi ilə komanda artıq qarşılaşmaya bir neçə gün qalmış Antalyaya gələrək təlim-məşq prosesinə başlayıb. Baş məşqçi bu addımı, daha çox futbolçuların yerli mühiti daha tez qavramaları və ümumilikdə komandanın qarşılaşmaya daha yaxşı hazırlaşması üçün atdığını bildirib. \"Antalyaspor\"la qarşılaşmanın onlar üçün böyük əhəmiyyət daşıdığını deyən B.Ündər, qələbə qazanacaqlarına əmin olduğunu da gizlətməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB