Azərbaycan kanoe-slalomçusu olimpiadada yarımfinala yüksəlib

Azərbaycan kanoe-slalomçusu olimpiadada yarımfinala yüksəlib

"Rio-2016" Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub. SİA-nın məlumatına görə, kanoe-slalomçu Yure Meqliç 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə mərhələdə debüt edib. O, 200 metr məsafəyə bir nəfərlik kayak qayığı ilə seçmə yürüşü 95.12 nəticə ilə 14-cü sırada tamamlayıb. İdmançı ikinci keçidini 90,70 nəticə ilə başa vurub. O, yarımfinala yüksələn 21 idmançı arasında ilk 15-likdə qərarlaşıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin yarışları avqustun 10-u başlayacaq. İlk onluğa düşəcək atletlər finalda çıxış edəcəklər.

Xatırladaq ki, Yure Meqliç Olimpiada tarixində kanoe-slalom idman növündə Azərbaycanın ilk təmsilçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə