İstanbulun "Fənərbaxça" futbol klubunun hücumçusu Semih Şentürkün İspaniyanın "Deportivo", həmçinin digər futbol klublarının gündəmindən düşmədiyi barədə məlumat vermişdik. Siasport.az saytı xəbər verir ki, İstanbul klubunun və Türkiyə milli komandasının forvardı S.Şentürk, Avstriya ilə keçirilən qarşılaşmadan sonra "Fənərbaxça" rəhbərliyinə ünvanlanan açıqlamalarla çıxış edib. O bildirib ki, artıq mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək üçün oraya əlavə bir sıra müddəalar daxil etməyi düşünür. Çox vaxt meydana çıxmayaraq ehtiyat oyunçular skamyasında "mürgüləyən" S.Şentürk, artıq bununla razılaşmaq niyyətində deyil: "Düzdür, bir sıra xarici futbol klublarından sərfəli təkliflər almışam. Onları dəyərləndirmək üçünsə, ilk növbədə öz doğma klubumla yeni müqavilə imzalayıb-imzalamayacağımı bilməyim lazımdır. Yeni müqavilə imzalayarkən oraya yeni müddəaların daxil edilməsini istəyəcəyəm. Əgər "Fənərbaxça" ilə danışıqlarım baş tutmasa, o zaman xarici klubların təkliflərini dəyərləndirəcəyəm"-deyə türkiyəli futbolçu fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB