Roberto Mançini “İnter”dən heç yana getməyəcək...

Roberto Mançini “İnter”dən heç yana getməyəcək...

Italiya mətbuatı Roberto Mançini barədə yazılar dərc etməyə başlayıb. İtaliya mətbuatı yazır ki, centlimen italiyalı baş məşqçi "İnter"i tərk etmək fikrində deyil və təcrübəli mütəxəssis klubdakı fəaliyyətini davam etdirəcək. O, hətta Milan təmsilçisi ilə yeni sözləşmə imzalamağa da hazırdı. Halbuki iyulun sonlarında Mançininin "İnter"dən ayrılacağı iddia olunurdu. Məşqçi ilə klub rəhbərliyi arasında yaranan fikir ayrılığı buna səbəb göstərilirdi. Qeyd edək ki, Mançinin "İnter"lə müqaviləsi 2017-ci ilin sonuna kimidir.

Bütün xəbərlər Facebook səhifəmizdə