Emil Mpenza: \"Etiraf edim ki, yığmanızın belə hesabla məğlub olacağını gözləmirdim\"
\"Neftçi\"nin belçikalı hücumçusu Emil Mpenza Belçika-Azərbaycan oyununu dəyərlənidirib. Siasport.az saytı futbolçunun klubun rəsmi saytına bildirdiyi fikirlərini nəzərinizə çatdırır: \"Təbii ki, oyunu çox diqqətlə izlədim. Azərbaycan yığması hücum qurmaqda çətinlik çəkirdi. Düzdür, görüşdə yığma komandanız hesabı bərabərləşdirə bildi. Bu matçda Belçikanın qalib gəlmək ehtimalı daha yüksək idi. Ancaq, etiraf edim ki, yığmanızın belə hesabla məğlub olacağını gözləmirdim. \"Neftçi\"də çiyin-çiyinə oynadığım Ruslan Abışov hesabı bərabərləşdirdikdən sonra Belçika yığması oyunda sürəti artırdı. Abışovdan söz düşmüşkən, həmin oyunda Azərbaycan millisinin heyətində ən yaxşılardan biri Ruslan Abışov idi . Düşünürəm ki, Ruslan Abışov Belçikanın aparıcı klublarında \"Anderlext\"də, \"Brügge\"də və digər klublarda rahat çıxış edə bilər\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB