Ceyhun Əzizli sərt danışdı
\"UltraNeftçi\" və \"UltrAslan-Azərbaycan\" fan-klubları Berti Foqtsun Azərbaycan yığmasından istefaya göndərilməsini tələb edəcək. Siasport.az saytı xəbər verir ki, bu barədə hər iki fan-klubun rəhbəri Ceyhun Əzizli açıqlama verib. C.Əzizli bildirib ki, \"Neftçi\"-\"Qarabağ\" oyunundan sonra yığmanın uğursuz çıxışını dəyərləndirmək məqsədi ilə iclas keçirəcəklər: \"Oyundan sonra iclas keçirib, bu məsələni müzakirə edəcəyik. Rövnəq Abdullayevə məktub yazacağıq. Məktubda qeyd edəcəyik ki, Foqtsla Elxan Məmmədovdan bezmişik. Rövnəq müəllimdən yığmamızı bizə qaytarmağı istəyəcəyik\".

Əzizli yığmanın oyunlarından imtina etməklə bağlı qərarlarının qüvvədə qaldığını deyib: \"UltrAslan-Azərbaycan\" fan-klubu olaraq Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Uelslə oyundan sonra yığmanın oyunlarına getməkdən imtina etmişik. Foqtsun yığmasının oyunlarına bundan sonra da getməyəcəyik. Niyə görə \"Foqtsun yığması\"? Çünki yığmanı bizim əlimizdən alıblar. Yığmada azərbaycanlılar oynamalıdı. İndi komandada elələri oynayır ki, üzr istəyirəm, himn oxunanda ora-burasını qaşıyır. Himnimizə hörmət etməyən Azərbaycan yığmasında oynaya bilməz. Vladimir Levin, Aleksandr Çertoqanov nə bilir Azərbaycan nədi. Onlara sadəcə pul lazımdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə