"İnter" "Soçi" ilə heç-heçə edib

"İnter" "Soçi" ilə heç-heçə edib
Rusiyanın Soçi şəhərində uşaqlar və yeniyetmələr arasında Əməkdar İdman Xadimi Valentin Bubukinin xatirəsinə həsr olunmuş futbol üzrə ənənəvi turnir keçirilir. Siasport.az saytı xəbər verir ki, turnirdə iştirak edən Bakının "İnter" klubunun 1999-cu il təvəllüdlü futbolçularından ibarət komandası ilk oyununu keçirib. A qrupunda yer alan komandamızın rəqibi "Soçi" klubu olub və oyun 1:1 hesabı ilə başa çatıb. Komandamız növbəti oyununu "Nalçik" klubuna qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə