Berdıyev "Rostov"dan ayrıldı, “Spartak”a keçir

Berdıyev "Rostov"dan ayrıldı, “Spartak”a keçir

Rusiyanın "Rostov" klubunun baş məşqçi Kurban Berdıyev komandadan ayrılıb. Bu barədə Rusiya klubunun rəsmi saytı məlumat yayıb. Xəbərdə deyilir ki, 64 yaşlı mütəxəssis axşam məşqindən öncə kollektivlə vidalaşıb. Türkmənistanlı mütəxəssis Moskva "Spartak"ını çalışdıracaq. Yaxın günlərdə onun təyinatı rəsmiləşəcək. Qeyd edək ki, ötən mövsüm "Rostov"a Rusiya Premyer Liqasının gümüş medallarını qazandıran Berdıyev cari mövsümdə komandasını Çempionlar Liqasının "pley-off"una qədər aparıb.

Bütün xəbərlər Facebook səhifəmizdə