Dünya futbolundakı maliyyə böhranı və klubların məruz qaldıqları iqtisadi krizis ən mötəbər klubların belə çökməsinə səbəb olub. Siasport.az saytı xəbər verir ki, Avropada belə klubların siyahısına daha bir klub da daxil olub. Bu, Macarıstanın ən qədim futbol klubu olan və bu ölkədə \'\'Yaşıl Qartallar" olaraq tanınan "Ferençvaroş" futbol klubudur. 1899-cu ildə yaradılan, 28 dəfə Macarıstan çempionu olan və 20 dəfə bu ölkənin kubokunu başı üzərinə qaldıran, ən əsası isə 1965-ci ildə İtaliyanın "Yuventus" futbol klubunu finalda məğlub edərək o zamankı UEFA Kubokunu qazanan "Ferençvaroş" klubu, ingilis iş adamı Kevin Mckabe tərəfindən ZRT firmasına 1 avroya satıldı. Məsələ burasındadır ki, macar futbolunun əfsanə ulduzları olan Sandor Kocsis və Zoltan Cziborun da bir vaxtlar heyətində çıxış etdiyi komanda, ingilis iş adamı tərəfindən 2008-ci ildə 33 milyon avroya satın alınmışdı. Amma sonradan getdikcə ziyana düşən iş adamı, klubdan gözlənilən uğurları və sərf etdiyi pulun qarşılğını almayınca, onu satmaq qərarına gəlir. Amma klubun ingilis sahibi həttda ziyana gedərək macar klubunu 19 milyon avroya satmaq istəsə də, buna nail ola bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB