Vəli Qasımov AZAL üzərindəki qələbədən danışdı

Vəli Qasımov AZAL üzərindəki qələbədən danışdı

"Neftçi"nin baş məşqçisi Vəli Qasımov futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində AZAL-a qarşı keçirdikləri oyunu şərh edib. Paytaxt klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Hədəfimiz medallar uğrunda mübarizə aparmaqdır. Heyətimiz tam komplektləşməyib. Zədəlilərimiz var. Bu gün də Melnyak zədə aldı. Ona görə də çətinliklər var. Uşaqlar sağ olsunlar ki, bu gün qələbə üçün əllərindən gələni etdilər. Jayronun qırmızı vərəqə almasına gəlincə, mən həmin epizodu görmədim. Amma istənilən halda onun meydandan qovulması bizə sərf etmir. Çünki onsuz da oyunçu çatışmazlığı var. Bu qırmızı vərəqə də planlarımıza daxil deyildi". (CBC)

Bütün xəbərlər Facebook səhifəmizdə