“Roma” De Rossini “Mançester Yunayted”ə satmır

“Roma” De Rossini “Mançester Yunayted”ə satmır

İngiltərənin "Mançester Yunayted" futbol klubunun transfer siyahısında olan İtaliyanın "Roma" futbol klubunun forvardı Daniel De Rossi, "dumanlı albiom"a həsrət qala bilər. Siasport.az saytı xəbər verir ki, bir neçə gündür ki, İngiltərə və İtaliya qəzetləri Ser Alexs Fergusonun təkidi ilə "qırmızı şeytanlar"ın "Roma"nın forvardını transfer etmək istədiyini yazırdılar. Amma bu transfer deyəsən elə arzu olaraq da qalacaq. Bu transferlə "Mançester Yunayted"in orta sahədəki mövqeyini gücləndirmək istədiyi bildirilir. Amma deyəsən təcrübəli baş məşqçinin "canavarlar"ın 27 yaşlı forvardını komandasında görmək istəyi çətin reallaşsın. Çünki italyan klubu, ingilis nəhənginin 15 milyon funt-sterlinq təklifini qəbul etmək istəmir. Belə ki, "Roma" rəhbərliyi bu rəqəmin onları qane etmədiyini ingilis menecerlərin diqqətinə çatdırıblar. Iqtisadi kriz keçirən italyan klubu D.Rossinin transferi üçün 20 milyon funt-sterlinq tələb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə