“Höteborq”un baş məşqçisi “Qarabağ” haqqında danışdı

“Höteborq”un baş məşqçisi “Qarabağ” haqqında danışdı

Futbol üzrə UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Höteborq" klubunun baş məşqçisi Yörgen Lennartson maraqlı açıqlamalarla çıxış edib. Rəqib komandanın baş məşqçisi Ağdam təmsilçisindən çəkinmədiklərini açıqlayaraq, "Qarabağ"ı özləri üçün münasib rəqib hesab etdiklərini gizlətməyib:

"Biz autsayderik. Ancaq hiss edirəm ki, qrup mərhələsinə düşmək üçün şansımız var. Bunun üçün hər iki oyunda yaxşı çıxş etmək lazımdır. "Qarabağ"ın heyətində bir neçə legioner var. Rəqibi beynəlmiləl komanda adlandırardım. Mümkün variantlar arasında bizə ən uzaq səfər qismət oldu. Ancaq Ukrayna "Şaxtyor" ilə qarşılaşmaqdansa, elə "Qarabağ" yaxşıdır. Çünki "Şaxtyor"un Çempionlar Liqasında böyük təcrübəsi var. Potensial rəqiblər arasında başqa güclü komandalar da var idi".

Bütün xəbərlər Facebook səhifəmizdə