ŞOK! Orucəli Durmuşov AFFA-ya buraxılmır

ŞOK! Orucəli Durmuşov AFFA-ya buraxılmır

Belçika ilə oyundan əvvəl Berti Foqtsu tənqid edən hakim-inspektor Orucəli Durmuşov, "onu Azərbaycana gətirənin başına daş düşsün" demişdi. Siasport.az saytı xəbər verir ki, veteran hakimin dili başına bəla olub. Baş katib Elxan Məmmdədovun göstərişilə federasiyanın qapıları Orucəli müəllimin üzünə bağlanıb. Bu azmış kimi, Hakim-İnspektorlar Komitəsi də Orucəli Durmuşova daha təyinat vermir.

O.Durmuşov məsələyə belə münasibət bildirib: "Həmişə soyuqqanlı və düz danışıram deyə başıma belə işlər gəlir. AFFA-ya işə gedirdim. Ora çatanda gördüm ki, monitorda "hakim-inspektor Orucəli Durmuşov AFFA-ya buraxılmasın" yazılıb. Dərhal onun əsasında baş katibin müavini Elxan Əsədovla danışdım. Mənə dedi ki, Elxan Məmmədov gələndə sizinlə danışacaq. Daha sonra Gülağa Cabbarovla danışdım. O da "sənə təyinat verməməyi tapşırıblar".// Futbol+

Bütün xəbərlər Facebook səhifəmizdə