İstanbulun "Beşiktaş" futbol klubunun prezidenti Yıldırım Dəmirörənin İspaniyanın "Real Madrid" futbol klubunun baş məşqçisi Joze Maurinyo ilə görüşməsinin daha bir qaranlıq detalı ortaya çıxıb. Siasport.az saytı xəbər verir ki, bir müddət bundan əvvəl İspaniyaya gedərək kral klubunun bazasında məşhur portuqaliyalı futbol mütəxəssisi ilə görüşən Y.Dəmirörən, sən demə ondan təkcə klubun transferləri ilə bağlı deyil, həm də İstanbul klubuna baş məşqçi axtarışı ilə bağlı da məsləhət almaq istəyib. Əvvəlcə Y.Dəmirörən tərəfindən İstanbul klubuna baş məşqçi təyin olunmaqla bağlı özünə edilən təklifi nəzakət qaydasında rədd edən J.Maurinyo, Y.Dəmirörənə başqa ölkələrdə məşqçi axtarmaq əvəzinə, Türkiyədəki gənc istedadlı məqçiləri önə çıxarmağı və onlara güvənməyi İstanbul klubunun baş məşqçisinə tövsiyyə edib. J.Maurinyo bildirib ki, Türkiyədəki məşqçi uğursuzluqlarının bir səbəbi də, tez-tez məşqçi dəyişiklikləri və məşqçilərə güvəncsizlik problemidir. Belə demək mümkünsə, J.Maurinyo "Beşiktaş"ın prezidentinə əməlli-başlı "dərs keçib". Bu məsələ hazırda Türkiyə mediyasının da müzakirə mövzusudur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB