Albert Səlimov: "Rio-2016"da qələbə qazansam, karyeramı başa vuracağam" AÇIQLAMA
"Hazırlıq səviyyəm yaxşıdır. Düşünürəm ki, "Rio-2016"da döyüşlərə optimal formada başlayacağam. Məni turnirin favoriti hesab etmədikləri zaman da, özümü favorit hesab edirəm. Çünki öz imkanlarımı bilirəm və düşünürəm ki, Allahın köməyi ilə hər şey yaxşı olacaq. Yalnız birinci yeri hədəf tutmuşam. Vəzifəm qızıl medal qazanmaqdır. "Rio-2016"da qələbə qazansam, karyeramı başa vuracağam". SİA-nın məlumatına görə, bunu azərbaycanlı boksçu Albert Səlimov (60kq) deyib.
O qeyd edib ki, karyerasını ən yüksək nəticə ilə başa vurmağa çalışacaq: "Mən boksa çox əmək vermişəm. Karyeram ərzində başıma çox işlər gəlib. Buna görə də karyeramı maksimum dərəcə ilə başa vurmaq istəyirəm. İndi özümü əla hiss edirəm və buna hazıram. Əsas rəqib yoxdur, hamı rəqibdir. Bu, Olimpiya Oyunlarıdır, burada hər bir idmançı təhlükəlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB