Yunanıstan idmançısı "Rio-2016"ya buraxılmadı Dopinq istifadəsinə görə

Yunanıstan idmançısı "Rio-2016"ya buraxılmadı Dopinq istifadəsinə görə

Yunanıstanı "Rio-2016"-da təmsil edən idmançılardan birinin dopinq testi müsbət çıxdığı üçün yarışdan uzaqlaşdırılıb. SİA "Reuters"ə istinadən xəbər verir ki, ötən ay Afinada dopinq testindən keçən yunan atletin A nümunəsi pozitiv çıxıb. Yunanıstan Olimpiya Komitəsi vəziyyəti bu gün idmançının özünə bildirib və hələ adı açıqlanmayan atlet 97 nəfərlik heyətdən çıxarılıb.

Bu, Rio olimpiadasında 2-ci belə haldır. Belə ki, dopinq testi müsbət çıxan ilk idmançı irlandiyalı boksçu Michael O'Reilly olmuşdu. 23 yaşlı dəri əlcək sahibinin Braziliyaya gəlməzdən əvvəl verdiyi dopinq testi müsbət çıxdığı üçün İrlandiya yığmasının heyətindən çıxarılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə