Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatı davam edir. Siasport.az saytı xəbər verir ki, yarış proqramının ikinci günündə daha 4 idmançımız xalça üzərinə çıxıb. Sərbəst güləşçilərimiz ümumilikdə, 2 qızıl və 3 bürünc medal qazanmaqla komanda hesabında ikinci yerə sahib olub.
Avropa çempionu Mahmud Maqomedov (55 kq) yarışa fransız Hamza Fataha qarşı döyüşlə start verib. O, rəqibini hər iki hissədə inamlı hesabla məğlub etməyi bacarıb (6:0, 6:0). Növbəti mərhələdə o, türkiyəli Ahmet Pekerlə qarşılaşıb. Görüş heç də asan keçməyib və həmyerlimiz son anda qələbəni təmin edib - 2:1, 0:1, 6:0. 1/4 finaldakı rəqibi ukraynalı Mixail Ayvazyanı da yolundan kənarlaşdıran (8:2, 6:0) Maqomedov yarımfinalda gürcüstanlı Vladimir Xinçeqaşvili ilə görüşdən (1:1, 1:2) məğlub ayrılsa da, bürünc medal şansını saxlayır. Rəqib İsveçli Urs Vildi məğlub edən təmsilçimiz bürünc medal qazanıb.
Digər Avropa çempionumuz
Cəbrayıl Həsənov (66 кг) startda Moldovadan olan Vladimir Qotsiananı məğlub
edib (2:0, 7:0). Növbəti mərhələdə rəqibi italiyalı Pyetro Piçitelli olan
idmançımız onu da mübarizədən kənarlaşdırıb - 2:0, 4:0. 1/4 finalda macar
Qerqeli Velleri çətinliklə də olsa sıradan çıxaran (4:5, 2:0, 3:1) Cəbrayıl
yarımfinalda meydan sahiblərindən olan Sabor Araş Cavad Bolaqla görüşdə tam üstünlüklə
qalib gəlib və adını finala yazdırıb. Finalda bolqar güləşçi Leonid Bazan
üzərində inamlı qələbə qazanan Cəbrayıl Həsənov ikinci dəfə Avropa çempionu
tituluna layiq görülüb.
Şərif Şərifov (84 кг) ilk döyüşdə Almaniyadan olan David Biçinaşvilini məğlub edib (2:0, 3:1). 1/8 finalda ukraynalı İbrahim Aldatovla mübarizədən qalib ayrılan Şərif 1/4-dakı rəqibi yunan Emzarios Bentinidisə də eyni aqibəti yaşadıb. Yarımfinalda rus idmançı Anzor Urişevlə mübarizədən məğlub ayrılan Şərif bürünc medal uğrunda polyak Maciej Michal Balavender ilə qarşılaşıb. Görüşü qələbə ilə başa vuran Şərif komandamıza növbəti bürünc medalı qazandırıb.
Cəmaləddin Məhəmmədov startda rumıniyalı Daniel Rares Çintonao ilə güləşib və qələbə qazanıb - 4:0, 8:1. 1/8 finalda o, erməni Ruslan Basiyevlə görüşüb və inamlı qələbə qazanıb - 4:0, 3:0. Növbəti mərhələdə gürcü Davit Modmvanaşviliyə də eyni aqibəti yaşadan idmançımız (1:0, 0:1, 1:0) yarımfinalda belorus güləşçi Aleksey Şemarovla görüşdən məğlub ayrılıb. Buna baxmayaraq güləşçimiz bürünc medal uğrunda güləşib. Yunan Yohannis Arzumandisə heç bir şans verməyən təmsilçimiz görüşü qalib başa vurub.
Qeyd edək ki, yarışın ilk günündə komandamız Xetaq Qazyumovun (96 кг) sayəsində bir qızıl medal qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB