Avstriyada yaradılan "Qarabağ" klubu yoxlama görüşü keçirəcək

Avstriyada yaradılan "Qarabağ" klubu yoxlama görüşü keçirəcək

Avstriyada azərbaycanlıların yaratdığı "Qarabağ" futbol klubu yeni mövsümə hazırlığı davam etdirir. SİA-nın məlumatına görə, "Qarabağ" bazar günü yoxlama görüşü keçirəcək. Macarıstanda baş tutacaq yoxlama oyununda rəqib Türkiyənin "Trabzonspor" klubu olacaq. Matç yerli vaxtla saat 19:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" Avstriya futbolunun tarixində ilk dəfə xaricilər tərəfindən yaradılmış klubdur. Azərbaycanlıların yaratdığı "Qarabağ" futbol klubu Avstriyanın II Landesliqanın çempionu olub. Klubun prezidenti Orxan Vəliyev ali təhsilini Avstriya Dövlət İqtisad Universitetində alıb. Klubun idarə heyəti 4 Azərbaycan və 2 Avstriya vətəndaşından ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə