Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qızıl medal qazandı

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə qızıl medal qazandı
Şahmat üzrə Bakı şəhər yığma komandasının üzvü Bəhruz Rzayev Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Fransanın Kapella-Qrand şəhərində və Macarıstanın Budapeşt şəhərində keçirilən şahmat üzrə beynəlxalq turnirlərdə iştirak etmək üçün ezam olunub.

Fransanın Kapella-Qrand şəhərində keçirilən beynəlxalq turnirdə dünyanın 50-dən artıq dövlətini təmsil edən 18 yaşadək idmançılar arasında B. Rzayev yüksək oyun nümayiş etdirərək I yerə layiq görülüb.

Qeyd edək ki, Budapeştdə keçiriləcək beynəlxalq turnir martın 6-dan 16-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com